Ana içeriğe atla

Kayıtlar

Temmuz, 2016 tarihine ait yayınlar gösteriliyor

New York Times-ın süni insan genomu yaratmaq iddiası nə üçün mənasızdır?

14 May 2016-cı ildə  “New York Times” qəzetində ”sintetik insan genomu istehsal olunacaq” iddialarına yer verilən bir məqalə dərc edildi. Müəllifi Endryu Pollak olan məqalədə insan xromosomlarındakı bütün DNT-lərin istehsal edilə biləcəyinə dair iddia var idi. Bu cavabımızda bəhs olunan iddianın məntiqsizliyini, elmi dəlillərlə uyğunsuzluğunu və yoxdan DNT istehsal edilə bilinməyəcəyini açıqlayacağıq. Əslində, məqaləni hazırlayanlar da bu həqiqətlərin fərqində idilər ki, “New York Times”dakı yazıda diqqət çəkən bəzi məqamlar var. Məsələn, layihəni hazırlayanlardan Harvard Tibb fakültəsinin genetika professoru Corc Çörç insan yaratmağa çalışmadıqlarını, lakin hüceyrənin DNT sintezləmək qabiliyyətini inkişaf etdirməyi qarşılarına məqsəd qoyduqlarını bildirirdi. Bununla yanaşı, 3 milyard əsas cütdən ibarət olan insan DNT-sini sıfırdan sintez etməyin qeyri-mümkünlüyü hər kəsə məlum olduğuna görə əvvəlcə “HGP2-insan genomu sintezi layihəsi” (Human Genome Synthesis Project, HGP2) dey...

Sosial ədalət ancaq Quranın hökmlərinə əməl etməklə mümkün olar

Dövrümüzdə ən varlısından ən kasıbına kimi hər ölkədə küçələrdə yaşayan və zibil yeşiklərindən yemək yeyən insanları görmək mümkündür. Vicdanları çox narahat edən bu görüntü eyni zamanda dünyada mövcud olan ədalətsiz gəlir bölgüsünün nəzərə çarpan göstəricisidir. Bu gün yüz milyonlarla insan su, qida, sığınacaq, səhiyyə xidmətləri kimi əsas ehtiyaclarından məhrum olunmuş şəkildə yaşayır. Dünya sərvətlərinin 80%-ni dünya əhalisinin 17%-i istehlak edir, təqribən 5 milyard insan isə yerdə qalan 20%-lə qane olmağa məcburdur. Bir milyarda yaxın insan gecə ac yatır. Vəziyyət belə olduğu halda, ən zəngin yüz insanın ümumi əmlakı ən kasıb 3.5 milyard insanın, yəni dünya əhalisinin yarısının ümumi əmlakına bərabərdir... Mövzu ilə bağlı statistikalar bəzi nəticələri açıq-aşkar göstərir. Bu gün dünyada dəhşətli dərəcədə bərabərsizlik və ədalətsizlik hökm sürür. Zənginlərlə kasıblar arasında böyük uçurum var. Sevgisizlik, mərhəmətsizlik və eqoizm səbəbindən milyardlarla insan pərişan hald...