11 sentyabr mühüm, amma bir o qədər də mənfi hadisələrlə dolu bir dövrün başlanğıcı idi. Bu günə qədər 11 sentyabrın terrorla mübarizə məsələsində dönüş nöqtəsi olduğu üzərində minlərlə təhlil yazısı hazırlanıb. Siyasi analitiklər "Terrorla mübarizə" konsepsiyasının radikalizmlə mübarizədə yeni dövr açdığını söylədilər, lakin əskik qalan bir cəhət vardı. Zorakılığın terrorun həlli olmayacağından heç bəhs edilmədi. O gün yaşanan travma Amerika dövlətinin zorakılığa yönələrək terrorizmə cavab verməsinə səbəb oldu. Əfqanıstanın işğalı ilə başlayan bu dövr ABŞ-a trilyonlarla dollara başa gəldi və on minlərlə insan həyatını itirdi. "Terror əməliyyatı" adı altında aparılan şiddətli hücumlar nəticəsində İslam aləmində 5 milyona yaxın insan həyatını itirdi. Ölkələr bölündü, şəhərlər dağıdıldı. 11 sentyabr 2001-ci il tarixindən bu günə qədər keçən 15 il dünyaya ancaq qan və şiddət gətirdi. Tökülən bu qədər qana və xərclənən milyonlarla dollara baxmayaraq, dünya 2001...