Ana içeriğe atla

Köpək balıqlarının yenilənən dişləri

Planktonlarla qidalanan növlərindən başqa bir çox köpək balığı çox iti və kəsici dişlərə malikdir. Uca Allah köpək balıqlarının diş və çənə quruluşlarını qüsursuz ovçu olmaları üçün xüsusi olaraq yaratmışdır. Köpək balıqlarının dişləri çənələrində olan elastiki toxumaların içində yerləşir. Çənələrdə dişlərin düzüldüyü bir çox diş sırası var. Köpək balığı növlərinin çoxunda ən öndəki  bir və ya iki diş sırası funksionaldır və ov zamanı bu dişlərdən istifadə edirlər. Alt və üst çənədə öndəki iki sıra istisna olmaqla digər dişlər funksional olmayan ehtiyat və ya dəyişmə dişləri olaraq adlandırılır. Funksional olanlar hər hansı bir səbəbdən qırıldıqda və ya kütləşdikdə arxa sırada olan ehtiyat dişlərlə nizamlı olaraq dəyişdirilir.

Yeni ehtiyat diş köhnə funksional dişin  yerinə keçmək üçün  irəliyə doğru hərəkət etdikdə digər ehtiyat dişlər də bir sıra qabağa gəlirlər. Bu sürətli dəyişmə bir neçə günlə bir neçə həftə arasında baş verir. İrəliləmə hərəkəti nəticəsində çənədə diş yaradan toxumalar xəbərdar edilir və beləcə boş olan ən arxa sıranı doldurmaq üçün yeni diş əmələ gəlir. Dişlərin yenilənməsi köpək balığı yaşadığı müddətcə davam edir. Köpək balıqları  eyni zamanda möhkəm çənəyə sahib canlılardan biridir. Uca Allahın yaratdığı bu canlılar həm üst, həm də alt çənələrini hərəkət etdirərək hər kv.sm -ə 43.9 kq təzyiq tətbiq edir və dişləmə əməliyyatını çox asanlıqla  yerinə yetirirlər. Uca Allah köpək balıqlarına həyatlarını davam etdirmələri üçün bu xüsusiyyətləri bəxş etdirmişdir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Həyatın həqiqi mənşəyi: yaradılış

Təkamül nəzəriyyəsi Çarlz Darvinin 1859-cu ildə nəşr etdiyi “Növlərin mənşəyi” adlı kitabı ilə birlikdə işıq üzü görmüşdü. Darvin iddia edirdi ki, canlıların və fərqli canlı növlərinin mənşəyi yalnız təsadüfi təbii müddətləolmuşdur. Yəni təkamül nəzəriyyəsi canlıları var edən bir Yaradıcının olmadığını, əksinə, təbiətin təsadüfən, məqsədsiz və şüursuz qarşılıqlı təsirlə ortaya çıxdığını irəli sürürdü (Darvinin bu nəzəriyyəsi, əslində, əvvəldən var olan naturalizm fəlsəfəsinə əsaslanırdı). Darvindən sonra təkamül nəzəriyyəsi bəzi texniki dəyişikliklərə məruz qaldı, ancaq nəzəriyyəni meydana gətirən naturalizm anlayışı həmişə varlığını qorudu.   Naturalizm bir Yaradıcının olduğu fikrini ortadan qaldırdığı üçün ateizmlə sinonimdir. Təkamül nəzəriyyəsinin ən məşhur müasir müdafiəçisi Oksford Universitetinin professoru Riçard Dokinz Darvinə ateistliyi “elmi” cəhətdənəsaslandırdığı üçün minnətdardır. Halbuki, Darvin ateistliyi elmi cəhətdən əsaslandıra bilmədi. Onun davamçıları da ...

Sudakı qüsursuz yaradılış

Günəş sistemində Yer planeti istisna olmaqla digər 63 göy cisminin heç birində həyat mənbəyimiz olan suyun olmadığını bilirdinizmi? Halbuki planetimizin böyük hissəsi sularla örtülüdür, okeanlar və dənizlər yer səthinin ¾ hissəsini əhatə edir. Eyni zamanda quruda da saysız göl və çaylar mövcuddur. Uca dağ zirvələrini örtən qar təbəqəsi isə donmuş su ehtiyatlarıdır. Planetimizdə suyun böyük bir qismi atmosferdə yerləşir, buludların hər biri minlərlə, bəzən milyonlarla ton ağırlığında su ehtiva edir. Bu suların bir hissəsi müəyyən vaxtlarda damlalar şəklində yerə enir, yəni yağışa çevrilir. Hazırda nəfəs aldığınız havada belə müəyyən miqdarda su buxarı mövcuddur. Yağışlar, dənizlər, çaylar, okeanlar, kranı açdığınızda axan içməli su... İnsanlar suyun mövcudluğuna o qədər öyrəşiblər ki, yer səthinin böyük bir hissəsinin sularla əhatə olunmasının nə qədər əhəmiyyətli olduğunu bəlkə də heç düşünmürlər. Halbuki su kosmosda çox nadir rast gəlinən birləşmədir. Buna görə də məlum olan büt...