Ana içeriğe atla

Kayıtlar

Haziran, 2016 tarihine ait yayınlar gösteriliyor

Atatürk olmasaydı, Türkiyə necə bir ölkə olardı?

Atatürk olmasaydı, Türkiyə necə bir ölkə olardı? Bu sual film ssenarisinin mövzusu kimi görünsə də, tariximiz haqqında bəzi həqiqətləri xatırlamaq üçün mühüm vasitə ola bilər. Sualın cavabını tapmaq üçün əvvəlcə Atatürkün liderliyini etdiyi Türkiyədə nələrin baş verdiyi bilmək lazımdır. Əgər Atatürkün vasitəsilə ölkəmizdə edilənləri yaxşı bilsək, onun yoxluğunda hansı mənzərə ilə qarşılaşacağımızı təxmin etmək daha asan olar. Mustafa Kamal Atatürk Türkiyənin dünyada ən çox bilinən və ən çox tanınan liderlərindəndir. Vəfatından yüz ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də milyonlarla vətəndaşımız onu böyük hörmət və məhəbbətlə yad edir. Bununla yanaşı onun etdiklərini tənqid edən, hətta düşmənçilik bəsləyən şəxslər də mövcuddur. Maraqlı olan cəhət budur ki, bu şəxslər tənqidlərini Atatürkün qurduğu nizam daxilində, onun rəhbərliyində əldə edilən imkanlardan istifadə edərək edirlər. Bu şəxslərin dediklərinə bir az qulaq asdıqda, Atatürkdən əvvəllki dövrdə çox yaxşı səviyyəd...

Sudakı qüsursuz yaradılış

Günəş sistemində Yer planeti istisna olmaqla digər 63 göy cisminin heç birində həyat mənbəyimiz olan suyun olmadığını bilirdinizmi? Halbuki planetimizin böyük hissəsi sularla örtülüdür, okeanlar və dənizlər yer səthinin ¾ hissəsini əhatə edir. Eyni zamanda quruda da saysız göl və çaylar mövcuddur. Uca dağ zirvələrini örtən qar təbəqəsi isə donmuş su ehtiyatlarıdır. Planetimizdə suyun böyük bir qismi atmosferdə yerləşir, buludların hər biri minlərlə, bəzən milyonlarla ton ağırlığında su ehtiva edir. Bu suların bir hissəsi müəyyən vaxtlarda damlalar şəklində yerə enir, yəni yağışa çevrilir. Hazırda nəfəs aldığınız havada belə müəyyən miqdarda su buxarı mövcuddur. Yağışlar, dənizlər, çaylar, okeanlar, kranı açdığınızda axan içməli su... İnsanlar suyun mövcudluğuna o qədər öyrəşiblər ki, yer səthinin böyük bir hissəsinin sularla əhatə olunmasının nə qədər əhəmiyyətli olduğunu bəlkə də heç düşünmürlər. Halbuki su kosmosda çox nadir rast gəlinən birləşmədir. Buna görə də məlum olan büt...

2,3 milyard il dəyişməyən sulfid bakteriyaları yaradılış həqiqətinin dəlilidir

Dünyaca məşhur elmi jurnal və Washington Posts kimi qəzetlərdə eyni vaxtda nəşr olunan xəbərdə dənizlərin dərinliklərində yaşayan sulfid bakteriyalarının 2,3 milyard il boyunca heç bir dəyişikliyə məruz qalmadan bu günə qədər gəlib çıxdığından bəhs olunurdu. Bu sirli canlı haqqında bəzilərində təəccüb ehtiva edən, bəzilərində də çarəsiz çırpınışların əks olunduğu “Bioloqlar 2,3 milyard illik təkamül keçirməmiş sulfid bakteriyası tapdılar”, “2 milyard il ərzində heç dəyişməyən bakteriyalar təkamül üçün sual işarəsidir.”, “Darvini gülümsədəcək 2 milyard illik sirli canlı” kimi başlıqlar atıldı. Biz də bu yazımızda yaradılışa dəlil olan, darvinizmi isə bitirən bu xəbərdən bəhs edəcəyik. Elm adamlarının bəzi yerlərdə dolayı cümlələrdən istifadə etsələr də, “canlılar aləminin 2 milyard il ərzində təəccüblü şəkildə dəyişmədiyi”ni ifadə etmələri diqqətçəkici məqamlardan biridir: “Okeanların altında tarixin ən keçmiş dövrlərinə aid  bakteriya koloniyası min illərdir  heç dəy...

Həyatın həqiqi mənşəyi: yaradılış

Təkamül nəzəriyyəsi Çarlz Darvinin 1859-cu ildə nəşr etdiyi “Növlərin mənşəyi” adlı kitabı ilə birlikdə işıq üzü görmüşdü. Darvin iddia edirdi ki, canlıların və fərqli canlı növlərinin mənşəyi yalnız təsadüfi təbii müddətləolmuşdur. Yəni təkamül nəzəriyyəsi canlıları var edən bir Yaradıcının olmadığını, əksinə, təbiətin təsadüfən, məqsədsiz və şüursuz qarşılıqlı təsirlə ortaya çıxdığını irəli sürürdü (Darvinin bu nəzəriyyəsi, əslində, əvvəldən var olan naturalizm fəlsəfəsinə əsaslanırdı). Darvindən sonra təkamül nəzəriyyəsi bəzi texniki dəyişikliklərə məruz qaldı, ancaq nəzəriyyəni meydana gətirən naturalizm anlayışı həmişə varlığını qorudu.   Naturalizm bir Yaradıcının olduğu fikrini ortadan qaldırdığı üçün ateizmlə sinonimdir. Təkamül nəzəriyyəsinin ən məşhur müasir müdafiəçisi Oksford Universitetinin professoru Riçard Dokinz Darvinə ateistliyi “elmi” cəhətdənəsaslandırdığı üçün minnətdardır. Halbuki, Darvin ateistliyi elmi cəhətdən əsaslandıra bilmədi. Onun davamçıları da ...