Ana içeriğe atla

Allah'ın rəng sənəti

Heç, bir rəngin olmadığı, qapqaranlıq bir dünyada yaşamaq necə olardı, heç düşünmüsünüz? Bir anlıq bütün ön mühakimələrinizdən qurtularaq, bu günə qədər öyrəndiyiniz hər şeyi bir kənara qoyaraq, düşünün. Bədəninizin, ətrafınızdakı insanların, dənizlərin, göy üzünün, ağacların, çiçəklərin, qısası, hər şeyin qapqara olduğunu gözünüzdə canlandırmağa çalışın. Ətrafınızda heç bir rəngin olmadığını düşünün. Ətrafınızdakı insanların, pişiklərin, itlərin, quşların, kəpənəklərin, meyvələrin heç rəngi olmasaydı, nələr hiss edərdiniz beyninizdə canlandırmağa çalışın. Belə bir dünyada yaşamağı heç istəməzdiniz, elə deyilmi?
Rəngsiz bir dünya deyiləndə qara, ağ və boz tonların olduğu bir yer ağla gələ bilər.  Amma qara, ağ və boz da bir rəngdir. Buna görə insanın rəngsizliyi xəyal etməsi çox çətindir. Amma rəngsizliyi təsvir edərkən də mütləq olaraq hər hansı bir rəngdən istifadə etmək məcburiyyətində qalırıq. "Hər şey rəngsiz, qapqaradır; üzündə rəng qalmayıb, dümağ olmusan" kimi cümlələrlə rəngsizlik ifadə edilməyə çalışılır. Amma bunlar rəngsizliyin deyil, ağ-qara dünyanın təsviridir.
Ətrafınızdakı hər şeyin rənginin bir anlıq yox olduğunu düşünün. Belə bir vəziyyətdə hər şey bir-birinə qarışacaq, cisimləri bir-birindən ayırmaq qeyri-mümkün olacaqdır. Məsələn, qəhvəyi rəngli taxta bir stolun üzərində duran narıncı bir portağalı, qırmızı çiyələkləri, ya da rəngarəng çiçəkləri görmək mümkün olmayacaq; çünki nə portağal narıncı rəng, nə stol qəhvəyi rəng, nə də çiyələklər qırmızı rəng olacaq. Təsvir edilməsi olduqca çətin olan bu rəngsiz dünyada qısa bir müddət yaşamaq belə insana böyük sıxıntı verəcək.
Yuxarıdakı şəkillər müqayisə ediləndə, ətrafımızda sonsuz rəngli bir dünya görməyimizin nə qədər rahatladıcı olduğu daha yaxşı başa düşüləcək. Rənglər insana dünyada Allah tərəfindən verilmiş ən böyük nemətlərdən biridir.

Rənglərin müxtəlifliyinin bizə olan faydası sadəcə ətrafımızı tanımağımızdan ibarət deyil. Təbiətdə öz yerini almış qüsursuz rəng ahəngdarlığı insan ruhuna inanılmaz bir zövq verir. Ancaq burada bir məqama xüsusi diqqət etmək lazımdır: bu ahəngdarlığı görə bilmək və bütün incəliklərindən zövq ala bilmək üçün də insana çox xüsusi dizayn edilmiş gözlər verilib. Canlılar aləmində rəngləri ən incə xırdalığına qədər qəbul edə bilən ən funksional göz insan gözləridir. Belə ki, insan gözü milyonlarla rəngə qarşı həssasdır. Göründüyü kimi, mükəmməl şəkildə çalışan insandakı göz mexanizmi rəngli bir dünyanı görə bilmək üçün xüsusi olaraq yaradılmışdır.
Bu səbəbdən kainatdakı belə bir nizamın varlığını başa düşə biləcək tək varlıq ağıl sahibi olan insandır. Bütün bu məlumatlardan sonra ortaya bu nəticə çıxır:
Yer üzündəki və səmadakı hər təfsilat, hər naxış, hər rəng insanın bu nizamı anlayıb qavraması və bunun üzərində düşünməsi üçün yaradılmışdır. Təbiətdəki bütün rənglər insan ruhuna zövq verəcək şəkildə yaradılmışdır. Həm canlılar aləmində, həm də cansız aləmdə qüsursuz simmetriya və rəng harmoniyası hakimdir. Bu xüsusi vəziyyət qarşısında aciz qalan və düşünən insanın ağlına çox vacib bəzi suallar gələcək.
  • Yer üzünü rəngli edən nədir?
  • Dünyamızı fövqəladə gözəl edən rənglər necə meydana gəlir?
  • Yer üzərindəki rəng müxtəlifliyinin və rənglər arasındakı harmoniyanın dizaynı kimə aiddir?
Bütün bunların bir təsadüflər zəncirinin meydana gətirdiyi məqsədsiz dəyişikliklərlə yarandığını demək olarmı? Əlbəttə ki, belə bir şeyi heç kim söyləyə bilməz. Şüursuz təsadüflərin nəinki milyonlarla rəngi, heç bir şeyi meydana gətirmək imkanı yoxdur. Məsələn, bir kəpənəyin qanadlarını düşünün və ya hər biri sənətkarlıq möcüzəsi olan rəngarəng çiçəkləri. Bunların şüursuz proseslərin nəticəsində meydana gəldiyini demək, sağlam düşünə bilən bir insan üçün, əlbəttə ki, mümkün deyil.
Bu həqiqəti, bir az düşünsək, çox rahatlıqla görə bilərik. Bir insan təbiətdəki ağacların, çiçəklərin çəkildiyi bir rəsim əsəri görəndə bu əsərdəki rəng harmoniyasının, nizamlı şəkillərin, şüurlu dizaynın təsadüfən meydana gəldiyini iddia etməz, hətta bunu ağlına belə gətirməz. Bu adamın qarşısına biri çıxsa və desə ki, "burada gördüyün boyalar külək nəticəsində dağıldı, bir müddət sonra yağışın və s. təsiri ilə və aradan keçən uzun bir zamanın nəticəsində ortaya belə bir şəkil çıxdı". Bunu iddia edən şəxsə inanılmayacağı aydındır.
Heç kəs bu qədər ağılsız bir iddia etməyəcək. Ancaq təkamülçülər bir təhər təbiətdə gördüyümüz bu qüsursuz rəng və simmetriyanın şüursuz bir tərzdə meydana gəldiyini iddia edə bilir, hətta bu mövzuda onlar tərəfindən "təsadüf tezisləri" hazırlanır və müxtəlif işlər görülür. Bu mövzuda əsassız iddiaları ortaya atmaqda tərəddüd belə edilmir.
Göründüyü kimi, bu, sadəcə korluqdur, həm də bunun başa düşülməsi də çox çətindir. Ancaq bir az düşünməyə başlayan və bu korluqdan xilas olan istənilən insan dünyada olduqca möcüzəvi bir mühitdə yaşadığını anlayacaq və insan, həyatı üçün ən uyğun şərtlərə sahib olduğu bu mühitin təsadüfən meydana gələ bilməyəcəyinə də tam mənası ilə inanacaq.
Düşünə bilən bir insan necə ki, bir rəsmə baxdığında o əsərin bir rəssamı olduğunu anlayırsa, ətrafındakı bu qədər rəngarəng, parlaq, simmetrik və son dərəcə estetik bir mühitin də Yaradıcısı olduğunu eyni şəkildə anlayacaq.
Bu Yaradan heç bir şəriki olmayan, hər şeyi bir-biri ilə uyğun şəkildə yaradan, bizi milyonlarla rənglə bəzənmiş saysız gözəlliyin olduğu bu dünyaya yerləşdirən Allah’dır. Allah’ın yaratdığı hər şey bir-biri ilə tam bir uyğunluq içindədir. Allah, yaratma sənətindəki bənzərsizliyi Quran ayələrində belə xəbər verir:
Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allah’ın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi 3-4)

Yorumlar

Bu blogdaki popüler yayınlar

Köpək balıqlarının yenilənən dişləri

Planktonlarla qidalanan növlərindən başqa bir çox köpək balığı çox iti və kəsici dişlərə malikdir. Uca Allah köpək balıqlarının diş və çənə quruluşlarını qüsursuz ovçu olmaları üçün xüsusi olaraq yaratmışdır. Köpək balıqlarının dişləri çənələrində olan elastiki toxumaların içində yerləşir. Çənələrdə dişlərin düzüldüyü bir çox diş sırası var. Köpək balığı növlərinin çoxunda ən öndəki  bir və ya iki diş sırası funksionaldır və ov zamanı bu dişlərdən istifadə edirlər. Alt və üst çənədə öndəki iki sıra istisna olmaqla digər dişlər funksional olmayan ehtiyat və ya dəyişmə dişləri olaraq adlandırılır. Funksional olanlar hər hansı bir səbəbdən qırıldıqda və ya kütləşdikdə arxa sırada olan ehtiyat dişlərlə nizamlı olaraq dəyişdirilir. Yeni ehtiyat diş köhnə funksional dişin  yerinə keçmək üçün  irəliyə doğru hərəkət etdikdə digər ehtiyat dişlər də bir sıra qabağa gəlirlər. Bu sürətli dəyişmə bir neçə günlə bir neçə həftə arasında baş verir. İrəliləmə hərəkəti nəticəsində çən...

Həyatın həqiqi mənşəyi: yaradılış

Təkamül nəzəriyyəsi Çarlz Darvinin 1859-cu ildə nəşr etdiyi “Növlərin mənşəyi” adlı kitabı ilə birlikdə işıq üzü görmüşdü. Darvin iddia edirdi ki, canlıların və fərqli canlı növlərinin mənşəyi yalnız təsadüfi təbii müddətləolmuşdur. Yəni təkamül nəzəriyyəsi canlıları var edən bir Yaradıcının olmadığını, əksinə, təbiətin təsadüfən, məqsədsiz və şüursuz qarşılıqlı təsirlə ortaya çıxdığını irəli sürürdü (Darvinin bu nəzəriyyəsi, əslində, əvvəldən var olan naturalizm fəlsəfəsinə əsaslanırdı). Darvindən sonra təkamül nəzəriyyəsi bəzi texniki dəyişikliklərə məruz qaldı, ancaq nəzəriyyəni meydana gətirən naturalizm anlayışı həmişə varlığını qorudu.   Naturalizm bir Yaradıcının olduğu fikrini ortadan qaldırdığı üçün ateizmlə sinonimdir. Təkamül nəzəriyyəsinin ən məşhur müasir müdafiəçisi Oksford Universitetinin professoru Riçard Dokinz Darvinə ateistliyi “elmi” cəhətdənəsaslandırdığı üçün minnətdardır. Halbuki, Darvin ateistliyi elmi cəhətdən əsaslandıra bilmədi. Onun davamçıları da ...

Sudakı qüsursuz yaradılış

Günəş sistemində Yer planeti istisna olmaqla digər 63 göy cisminin heç birində həyat mənbəyimiz olan suyun olmadığını bilirdinizmi? Halbuki planetimizin böyük hissəsi sularla örtülüdür, okeanlar və dənizlər yer səthinin ¾ hissəsini əhatə edir. Eyni zamanda quruda da saysız göl və çaylar mövcuddur. Uca dağ zirvələrini örtən qar təbəqəsi isə donmuş su ehtiyatlarıdır. Planetimizdə suyun böyük bir qismi atmosferdə yerləşir, buludların hər biri minlərlə, bəzən milyonlarla ton ağırlığında su ehtiva edir. Bu suların bir hissəsi müəyyən vaxtlarda damlalar şəklində yerə enir, yəni yağışa çevrilir. Hazırda nəfəs aldığınız havada belə müəyyən miqdarda su buxarı mövcuddur. Yağışlar, dənizlər, çaylar, okeanlar, kranı açdığınızda axan içməli su... İnsanlar suyun mövcudluğuna o qədər öyrəşiblər ki, yer səthinin böyük bir hissəsinin sularla əhatə olunmasının nə qədər əhəmiyyətli olduğunu bəlkə də heç düşünmürlər. Halbuki su kosmosda çox nadir rast gəlinən birləşmədir. Buna görə də məlum olan büt...