Ana içeriğe atla

35 min illik fleyta təkamül iddiasini təkzib edir

Arxeoloq Nikolas Konard (Nicholas Conard) qızıl kərkəs sümüyündən hazırlanmış bu fleytanı Hohle Fels mağarasından 12 ayrı-ayrı hissə halında tapmışdır. Fleytanın 5 dəliyi vardı və çox kövrək idi. Arxeoloq Konard fleytanın funksionallığını yoxlamaq məqsədilə, həm də qırılmaması üçün eyni cür sümükdən onun eynilə bənzərini düzəltdi. Bu fleytada qərb musiqisinin əsasını təşkil edən yeddi notdan ibarət musiqi ölçüsündən  istifadə edərək Amerika Himnini ifa etdi.
flute germanyArxeoloqlar həmin mağaradan fleytadan əlavə mamont dişindən hazırlanmış altı kiçik heykəl də tapdılar. Hollandiya Leyden Universitetindən arxeoloq Uil Roubroks (Wil Roebroeks) 35 min il əvvəl Avropanın yüksək mədəniyyətə malik olduğunu və həmin dövrün insanlarının həyat tərzi ilə dövrümüzün insanlarının həyat tərzinin bənzərlik təşkil etdiyini açıqlamışdır. Arxeoloq Roubroks bu fleytaları müasir insanların da hazırladığını və çaldığını söyləyir. Kanada Viktoriya Universitetindən Eypril Nouell (April Nowel)  də bu tapıntıların yüksək və inkişaf etmiş texnologiyanın nəticəsi olduğunu bildirmişdir.
Bu arxeoloji tapıntılar darvinistlərin insanların meymunlarla ortaq əcdadının olması iddiasını bir daha təkzib edir. Darvinistlər on minlərlə il əvvəl meymunabənzər varlıqların müxtəlif “səslər” çıxararaq heyvansayağı bir həyat tərzi keçirdiklərini, kütləvi halda yaşadıqlarını və bu yolla ağıllı və sosial davranışlarını inkişaf etdirdiklərini iddia edirlər. Əslində sürü halında yaşayan canlılar təkcə bu “primitiv”canlılar deyildir. Qorillalar, şimpanzelər, meymunlar və daha bir çox heyvan növü sürü halında yaşayır. Amma onlardan heç biri insanlar kimi ağıllı və sosial davranışları məminsəməmişdirlər. Heç biri yeddi notdan ibarət musiqi  ölçüsündə olan bir fleyta düzəltməmiş, heykəltaraşlıqla məşğul olmamış, qısaca desək, ağıl və bacarıq nümayiş etdirməmişlər. Çünki ağıllı və şüurlu davranış yalnız insanlara xas olan xüsusiyyətlərdir. Keçmişdən bu günümüzə qədər izi qalan bütün bu on minlərlə illik əsərlər də bizim kimi ağıl və şüura malik, hesablama, planlaşdırma, istehsal bacarığı olan, Allahın ruh verdiyi insanlar tərəfindən hazırlanmışdır.
flut3
Yuxarıda göstərilən qaya üzərindəki 7 min illik təsvirdə fleyta çalan insan fiquru əks olunmuşdur. Həmin fiqur o dövrün insanlarının musiqi elmi və mədəniyyətinə, dolayısilə, inkişaf etmiş təfəkkürə və mədəniyyətə sahib olduğunu göstərir.
flut4

7 min il əvvəl istifadə edilən bir musiqi alətinin çox bənzərinin dövrümüzdə hələ də istifadə olunması diqqət çəkən bir məqamdır. Bu, darvinistlərin iddiasını alt-üst edən nümunələrdən biridir. Darvinizmin iddia etdiyinin əksinə mədəniyyət daima inkişaf etmir, bəzən minlərlə il eyni şəkildə qalır. Eyni bir zamanda kimsə 7 min ildən bəri mövcud olan musiqi alətini istifadə edə bilər, dünyanın başqa yerində isə ən qabaqcıl musiqi alətləri ilə simfoniyalar bəstələnə bilər. Belə hal onlardan birinin daha əvvəl, birinin daha sonra istifadə edildiyini iddia etməyə əsas vermir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Sudakı qüsursuz yaradılış

Günəş sistemində Yer planeti istisna olmaqla digər 63 göy cisminin heç birində həyat mənbəyimiz olan suyun olmadığını bilirdinizmi? Halbuki planetimizin böyük hissəsi sularla örtülüdür, okeanlar və dənizlər yer səthinin ¾ hissəsini əhatə edir. Eyni zamanda quruda da saysız göl və çaylar mövcuddur. Uca dağ zirvələrini örtən qar təbəqəsi isə donmuş su ehtiyatlarıdır. Planetimizdə suyun böyük bir qismi atmosferdə yerləşir, buludların hər biri minlərlə, bəzən milyonlarla ton ağırlığında su ehtiva edir. Bu suların bir hissəsi müəyyən vaxtlarda damlalar şəklində yerə enir, yəni yağışa çevrilir. Hazırda nəfəs aldığınız havada belə müəyyən miqdarda su buxarı mövcuddur. Yağışlar, dənizlər, çaylar, okeanlar, kranı açdığınızda axan içməli su... İnsanlar suyun mövcudluğuna o qədər öyrəşiblər ki, yer səthinin böyük bir hissəsinin sularla əhatə olunmasının nə qədər əhəmiyyətli olduğunu bəlkə də heç düşünmürlər. Halbuki su kosmosda çox nadir rast gəlinən birləşmədir. Buna görə də məlum olan büt...

Həyatın həqiqi mənşəyi: yaradılış

Təkamül nəzəriyyəsi Çarlz Darvinin 1859-cu ildə nəşr etdiyi “Növlərin mənşəyi” adlı kitabı ilə birlikdə işıq üzü görmüşdü. Darvin iddia edirdi ki, canlıların və fərqli canlı növlərinin mənşəyi yalnız təsadüfi təbii müddətləolmuşdur. Yəni təkamül nəzəriyyəsi canlıları var edən bir Yaradıcının olmadığını, əksinə, təbiətin təsadüfən, məqsədsiz və şüursuz qarşılıqlı təsirlə ortaya çıxdığını irəli sürürdü (Darvinin bu nəzəriyyəsi, əslində, əvvəldən var olan naturalizm fəlsəfəsinə əsaslanırdı). Darvindən sonra təkamül nəzəriyyəsi bəzi texniki dəyişikliklərə məruz qaldı, ancaq nəzəriyyəni meydana gətirən naturalizm anlayışı həmişə varlığını qorudu.   Naturalizm bir Yaradıcının olduğu fikrini ortadan qaldırdığı üçün ateizmlə sinonimdir. Təkamül nəzəriyyəsinin ən məşhur müasir müdafiəçisi Oksford Universitetinin professoru Riçard Dokinz Darvinə ateistliyi “elmi” cəhətdənəsaslandırdığı üçün minnətdardır. Halbuki, Darvin ateistliyi elmi cəhətdən əsaslandıra bilmədi. Onun davamçıları da ...

Quşlar