Ana içeriğe atla

Bir-birlərinə uyğun yaradılan canlılar

Bəzi bitkilərin çiçəklərindəki nektar çiçək kasacığının dibində yerləşir. Bu da həşərat və quşların nektar toplamalarına və çiçəklərin mayalanmasına mane ola bilər. Lakin Allah çiçək kasacığının dibində yerləşən nektarı toplamaq üçün uyğun quruluşlara malik canlılar yaradaraq bu bitkilərin də mayalanmasını təmin etmişdir. Yukka ağacı və yukka güvəsi arasındakı uyğunluq buna nümunədir.
 
Yukka bitkisi xonça formalı böyük yarpaqlardan ibarətdir, onun da mərkəzində krem rəngli çiçəkləri olan bir zoğ yerləşir. Yukka ağacının tozcuqları maili formadadır. Buna görə bitkinin erkəkciklərindəki çiçək tozunu ancaq maili ağız quruluşuna malik güvə növü toplaya bilir.
  
Yukka ağacının güvəsi topladığı çiçək tozlarını bir-birinə birləşdirib top formasına salır və bunu başqa yukka ağacının çiçəyinə daşıyır. Əvvəlcə çiçəyin dibinə enir və öz yumurtalarını qoyur. Sonra dişiciyə çıxır və çiçək tozu topunu bura vuraraq tozcuqları tökür. Çünki bir müddət sonra yumurtalardan güvə tırtılları çıxacaq və bu tozcuqlarla qidalanacaqlar. Ancaq bununla bərabər, güvə əvvəlki bitkidən topladığı çiçək tozu topunu yeni bitkinin dişiciyinə vuraraq bitkinin də mayalanmasına kömək edir. Əgər güvələr olmasa, yukka ağacları öz-özlərinə mayalana bilməzlər.
 
Göründüyü kimi, güvənin qidalanması və ağacın mayalanması bir-birlinə uyğun şəkildə həyata keçir. Bu uyğunluğu yaradan ağac və ya güvə deyil. Bir bitkinin və ya bir həşəratın başqa bir canlının ehtiyacından xəbərdar olması və buna görə taktika işlədərək öz ehtiyacını təmin etməsi mümkün deyil. Çünki bu canlılar düşünə bilməz və digər canlılara bildiklərini öyrədə bilməzlər. Canlılar arasında bir çox nümunəyə rast gəldiyimiz bu qüsursuz ahəngi yaradan Allah’dır. Hər iki canlı onları çox yaxşı tanıyan, bilən, aləmlərin Rəbbi olan, hər şeydən xəbərdar olan Allah’ın əsəridir və Allah’ın böyüklüyünü, ucalığını, qüsursuz sənətini insanlara tanıdıb başa salmaq üçün yaradılmışlar.
 
Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra surəsi, 44)
 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Köpək balıqlarının yenilənən dişləri

Planktonlarla qidalanan növlərindən başqa bir çox köpək balığı çox iti və kəsici dişlərə malikdir. Uca Allah köpək balıqlarının diş və çənə quruluşlarını qüsursuz ovçu olmaları üçün xüsusi olaraq yaratmışdır. Köpək balıqlarının dişləri çənələrində olan elastiki toxumaların içində yerləşir. Çənələrdə dişlərin düzüldüyü bir çox diş sırası var. Köpək balığı növlərinin çoxunda ən öndəki  bir və ya iki diş sırası funksionaldır və ov zamanı bu dişlərdən istifadə edirlər. Alt və üst çənədə öndəki iki sıra istisna olmaqla digər dişlər funksional olmayan ehtiyat və ya dəyişmə dişləri olaraq adlandırılır. Funksional olanlar hər hansı bir səbəbdən qırıldıqda və ya kütləşdikdə arxa sırada olan ehtiyat dişlərlə nizamlı olaraq dəyişdirilir. Yeni ehtiyat diş köhnə funksional dişin  yerinə keçmək üçün  irəliyə doğru hərəkət etdikdə digər ehtiyat dişlər də bir sıra qabağa gəlirlər. Bu sürətli dəyişmə bir neçə günlə bir neçə həftə arasında baş verir. İrəliləmə hərəkəti nəticəsində çən...

Həyatın həqiqi mənşəyi: yaradılış

Təkamül nəzəriyyəsi Çarlz Darvinin 1859-cu ildə nəşr etdiyi “Növlərin mənşəyi” adlı kitabı ilə birlikdə işıq üzü görmüşdü. Darvin iddia edirdi ki, canlıların və fərqli canlı növlərinin mənşəyi yalnız təsadüfi təbii müddətləolmuşdur. Yəni təkamül nəzəriyyəsi canlıları var edən bir Yaradıcının olmadığını, əksinə, təbiətin təsadüfən, məqsədsiz və şüursuz qarşılıqlı təsirlə ortaya çıxdığını irəli sürürdü (Darvinin bu nəzəriyyəsi, əslində, əvvəldən var olan naturalizm fəlsəfəsinə əsaslanırdı). Darvindən sonra təkamül nəzəriyyəsi bəzi texniki dəyişikliklərə məruz qaldı, ancaq nəzəriyyəni meydana gətirən naturalizm anlayışı həmişə varlığını qorudu.   Naturalizm bir Yaradıcının olduğu fikrini ortadan qaldırdığı üçün ateizmlə sinonimdir. Təkamül nəzəriyyəsinin ən məşhur müasir müdafiəçisi Oksford Universitetinin professoru Riçard Dokinz Darvinə ateistliyi “elmi” cəhətdənəsaslandırdığı üçün minnətdardır. Halbuki, Darvin ateistliyi elmi cəhətdən əsaslandıra bilmədi. Onun davamçıları da ...

Sudakı qüsursuz yaradılış

Günəş sistemində Yer planeti istisna olmaqla digər 63 göy cisminin heç birində həyat mənbəyimiz olan suyun olmadığını bilirdinizmi? Halbuki planetimizin böyük hissəsi sularla örtülüdür, okeanlar və dənizlər yer səthinin ¾ hissəsini əhatə edir. Eyni zamanda quruda da saysız göl və çaylar mövcuddur. Uca dağ zirvələrini örtən qar təbəqəsi isə donmuş su ehtiyatlarıdır. Planetimizdə suyun böyük bir qismi atmosferdə yerləşir, buludların hər biri minlərlə, bəzən milyonlarla ton ağırlığında su ehtiva edir. Bu suların bir hissəsi müəyyən vaxtlarda damlalar şəklində yerə enir, yəni yağışa çevrilir. Hazırda nəfəs aldığınız havada belə müəyyən miqdarda su buxarı mövcuddur. Yağışlar, dənizlər, çaylar, okeanlar, kranı açdığınızda axan içməli su... İnsanlar suyun mövcudluğuna o qədər öyrəşiblər ki, yer səthinin böyük bir hissəsinin sularla əhatə olunmasının nə qədər əhəmiyyətli olduğunu bəlkə də heç düşünmürlər. Halbuki su kosmosda çox nadir rast gəlinən birləşmədir. Buna görə də məlum olan büt...